Martın 19-da İçərişəhər ərazisində təntənəli Novruz bayramı tədbirləri keçiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, açılış saat 17.00-da canlı musiqilər, alov şousu ilə başlayacaq:
“Saat 19:30-da ənənəvi bayram tonqalı qalanacaq. Daha sonra bayram şənliyi yallı rəqsi, canlı musiqi nömrələri ilə davam edəcək”.