“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Soydaş” milli virtual platforması fəaliyyətə başlayıb.
Layihə çərçivəsində xaricdə yaşayan, işləyən, diaspor fəaliyyətində yaxından iştirak edən soydaşlarımızdan videoreportajlar və müsahibələr alınaraq geniş izləyici kütləsi olan sosial şəbəkələr və media resurslarında ictimaiyyətə təqdim olunur.
Videoreportajlarda və müsahibələrdə əsas xətt dövlətimizin milli maraqlarıdır.
Platformanın məqsədi cəmiyyətdə sağlam oxucu auditoriyası yaratmaq və bu auditoriya vasitəsi ilə qərəzli, əsassız informasiyaları sıradan çıxarmaqdır.
Eyni zamanda xaricdə yaşayan, işləyən və diaspor fəaliyyəti ilə məşğul olan soydaşlarımızı sosial media vasitəsilə milli maraqların təbliğatçısına çevirmək, Azərbaycanın daxili və xarici uğurlarını sosial media və şəbəkələr vasitəsi ilə dünyaya çatdırmaqdan ibarətdir.
DiasporPress.az Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Soydaş” milli virtual platforması lahiyəsinin iştirakçısı Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyevanın videomüraciətini təqdim edir: