Filippin Mülki Aviasiya İdarəsi (CAAP) bildirib ki, Filippində bomba təhdidlərindən sonra arxipelaqdakı 42 hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Bildirilib ki, bu gündən etibarən 42 kommersiya hava limanı yüksək hazırlıq vəziyyətinə gətirilib.
Maniladan Puerto Princesa, Mactan-Sebu, Bicol və Davao Beynəlxalq Hava Limanlarına gələn təyyarələrdə bombaların partlatılacağı ilə bağlı Hava Nəqliyyatı Xidmətinə xəbərdarlıq aldığı açıqlanıb.
Bütün hava limanlarında dərhal gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.