Hazırda ABŞ-ın ölkə sərhədlərindən kənarda 70 ölkədə yerləşən 800 hərbi bazasında təxminən 180 min hərbçisi xidmət edir.
İnterpress.az xəbər verir ki, bunu Yaxın Şərq üzrə araşdırmaçı Kənan Rövşənoğlu bildirib.
“Bu hərbi heyətin 70 minə yaxını Yaxın Şərq regionunda, 17 ölkədə yerləşir. Nəzərə alsaq ki, Qəzza müharibəsi başladıqdan sonra USS Gerald Ford təyyarədaşıyan gəmisi və daha bir neçə döyüş gəmisi də Araqlıq dənizinin şərs sahillərinə gəlib, o zaman say daha da artırır. Nümunə üçün bir təyyarədaşıyan gəmidə 5 minə yaxın hərbçi olur. Yaxın Şərq qaynayır”, – o əlavə edib.
Xatırladaq ki, bir neçə gündür İsrail-Fələstin arasında toqquşmalar davam edir. Toqquşmalar nəticəsində hər iki tərəfdən xeyli sayda ölən və yaralananlar var.