Belçikanın paytaxtı Brüsseldəki ərəb ölkələrinin səfirləri Avropa İttifaqını (Aİ) Fələstin-İsrailin müharibəsini və beynəlxalq hüququn pozulmasını dayandırmağa çağırıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qeyd edilib ki, hazırda beynəlxalq ictimaiyyətin gözü qarşısında hər iki tərəfdən xeyli zərərçəkən var.
Müharibədə fosfor bombalarından belə istifadə edildiyi vurğulanıb və xəstəxana kimi mülki infrastruktura ağır hücumlar həyata keçirildiyi qeyd edilib.