Avropa İttifaqı (Aİ) sosial media platformasından sonra “Meta” və “TikTok”un İttifaqın onlayn qaydalarına uyğunluğu ilə bağlı araşdırmaya başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində “Meta” və “TikTok” platformalarına rəsmi məlumat sorğusu göndərildiyi bildirilib.
Tələbin HƏMAS-ın İsrailə hücumlarından sonra qeyri-qanuni məzmun və dezinformasiya, xüsusilə terrorizm, şiddət məzmunlu nəşrlər və nifrət ifadələrinin yayılması ilə bağlı iddiaların Komissiyaya çatmasından sonra edildiyi vurğulanıb.
Açıqlamada hər iki şirkətə oktyabrın 25-nə qədər vaxt verildiyi də açıqlanıb.
“Meta” və “TikTok”un Aİ-nin avqust ayında qüvvəyə minən yeni rəqəmsal qaydaları çərçivəsində “çox böyük onlayn platformalar” kimi təsnif edildiyi xatırladılıb və bu platformaların qeyri-qanuni məzmunun yayılması kimi müxtəlif yeni qaydalara uyğun olması lazım olduğu bildirilib.
Avqust ayında qüvvəyə minən AB qanunu əsas rəqəmsal platformalara sərt qaydalar gətirib.
Aİ qaydaları pozan rəqəmsal platformalara qlobal dövriyyəsinin 6 faizinə qədər cərimə tətbiq edə bilər. Təkrar pozuntular halında, Aİ-də sözügedən rəqəmsal platformaların fəaliyyətinə xitam verilə bilər.