ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək rütbəli rəsmisi deyib ki, hökumətin “naməlum anomaliya hadisələri” (UAP) adlandırdığı “naməlum uçan obyektlər” (UFO) ilə bağlı hər ay yüzlərlə məlumat alırlar.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pentaqonun Bütün Domen Anomaliyalarının Həlli Ofisinin (AARO) direktoru Sean Kirkpatrick ictimaiyyətin onlara bildirdiyi UFO hesabatları ilə bağlı CNN-ə açıqlama verib.
UFO-larla bağlı hesabatların keçən illə müqayisədə artdığını və ilin ilk 4 ayında onlara təxminən 800 xəbər gəldiyini ifadə edən Kirkpatrick önümüzdəki günlərdə bu rəqəmin daha da artacağını proqnozlaşdırıb.
Kirkpatrick xəbərlərin demək olar ki, hamısının havada müşahidə edilən obyektə aid olduğunu qeyd edərək, dənizdə yalnız birinin göründüyü məlumatını açıqlayıb.
O, bu hesabatların əksəriyyətinin şarlar və ya dron kimi obyektlər olduğunu, bəzilərinin isə ABŞ-a casusluq etməyə çalışan düşmənlərə aid ola biləcəyini vurğulayıb. Deyib ki, xarici fəaliyyətlərlə əlaqəli ola biləcək bəzi narahatedici göstəricilər var.
İctimaiyyət arasında UFO-larla bağlı yayılan söz-söhbətlərə toxunan Kirkpatrick bildirib ki, bunların yerdən kənar olduğuna dair heç bir dəlil yoxdur.
Dünən ABŞ Milli Kəşfiyyat İdarəsi (ODNI) və Pentaqonun birgə dərc etdiyi hesabatda UFO-ların uçuş təhlükəsizliyi üçün risk yaratdığı bildirilib.
Hesabatda qeyd olunub ki, sözügedən şikayətlərin heç biri xarici fəaliyyətlə bağlı deyil, lakin araşdırmalar davam edir.
İyulun 26-da ABŞ Konqresində UNO və UAP-larla bağlı keçirilən sessiyada əvvəllər ABŞ ordusunda xidmət etmiş 3 kəşfiyyatçı dinlənilib.
İclasda hökumətdə “tanı bilinməyən və insan istehsalı olmayan nəqliyyat vasitələrinin olduğu”, UAP-larda “insanlara aid olmayan üzvi canlı komponentlərin” aşkar edildiyi iddia edilib və hökumət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.