Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İrana işgüzar səfərə yola düşüb.
Bu barədə İnterpress.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir C.Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.