Kolumbiyanın mərkəzi bölgəsində torpaq tədqiqatları aparan 18 əsgər qaçırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Quaviare inzibati bölgəsindəki San Xorxe kəndində xidmət edən əsgərlər naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.
Ordudan verilən açıqlamada əsgərlərin təhlükəsiz şəkildə xilas edilməsi üçün işlərin aparıldığı ifadə edilib.
Təhlükəsizlik qüvvələrinə qarşı şifahi və fiziki hücumun ardından 18 əsgər zorla nəzarətə alınıb.
Açıqlamada əsgərlərin xilas edilməsi üçün bölgəyə əlavə qüvvələrin göndərildiyi, şəxsi heyətin təhlükəsiz çatdırılması üçün icma rəhbərləri ilə görüş keçiriləcəyi bildirilib. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Məlumdur ki, bölgədə silahlı qruplaşmalar olduğundan zaman-zaman ordu mənsublarına qarşı hücumlar edilir.