“Azərbaycanın sentyabr ayında keçirdiyi antiterror tədbirləri Cənubi Qafqazda gərginliyin aradan qalxması, sülhün təmin olunması baxımından əhəmiyyətlidir”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş oktyabrın 26-da Ankarada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” şüarına əsaslanan əlaqələr son illər daha da inkişaf edib: “İki dövlətin bütün sahələrdə koordinasiyalı hərəkət etməsi hər birimizin faydasınadır”.
N.Kurtulmuşun sözlərinə görə, iki dost və qardaş ölkə milli məsələlərdə yaxınlaşmalı, regional problemlərdə ortaq həllər təklif etməlidir: “Bunun başında Cənubi Qafqazda sabitliyin təmin olunması dayanır”.