İsrailin hücumları nəticəsində bölgədə ağır yaralananların Misirə keçməsi üçün blokada altında olan Qəzza sərhədindəki Rəfah Sərhəd Qapısı açılıb. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Blokada altındakı Qəzza zolağında ağır yaralanan fələstinlilər müalicə üçün Misirə aparılacaq.
Rəfah Sərhəd Qapısının açılması ilə təcili yardım maşınları yaralıları daşımaq üçün Misirdən Qəzzaya daxil olub. Mühasirəyə alınan bölgəyə humanitar yardım aparmaq üçün Misirdə gözləyən bəzi yük maşınları da sərhəd qapısı açıldıqdan sonra Qəzzaya keçib.
Misirin Cairo News (Əl-QAhera News) kanalı həmçinin Qəzzada ağır yaralanan 80 nəfəri Misirdə müalicə olunmaq üçün xəstəxanalara çatdırmaq üçün Misirdən gələn təxminən 40 təcili yardım maşınının Rəfah Sərhəd Qapısından keçdiyini bildirib.
Digər tərəfdən, Misir yerli mediası və sərhəddəki mənbə, yaralıların ilk qrupunun təcili yardım maşınları ilə Qəzzadan çıxarılaraq Misirə keçdiyini bildirib.