Papua Yeni Qvineyada Ulavun vulkanında püskürmə baş veribbackend

Papua Yeni Qvineyada Ulavun vulkanında püskürmə baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit okean ada ölkəsi Papua-Yeni Qvineyada Ulavun vulkanında partlayış baş verdiyi bildirilib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Yaponiya Meteorologiya Agentliyindən (JMA) verilən açıqlamada, Papua Yeni Qvineyada Ulawun vulkanında baş verən partlayışdan sonra vulkanik tüstünün 15 min metr yüksəkliyə çatdığı təxmin edildiyi bildirilib.

Partlayışın sunami dalğalarının Yaponiya sahillərinə çatmasına səbəb ola biləcəyi ehtimalının nəzərə alındığı qeyd edilib.

Açıqlamada dəniz səviyyəsində heç bir “anormal artım” aşkar edilmədiyi, sahil zolağı boyunca yaşayanların xəbərdarlıqlara həssas yanaşmaları istənilib.

Açıqlamada, mümkün sunami dalğalarının əvvəlcə paytaxt Tokionun cənub bölgəsi yaxınlığındakı İzu arxipelaqına çata biləcəyi bildirilib.