Hindistanın paytaxtı Yeni Dehlidə nəqliyyat vasitələrinin hərəkətinin sıx olduğu nöqtələrə nəhəng fan maşınları ilə təzyiqli su çiləyərək havanın çirklənməsinin qarşısı alınır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Hindistanda havanın çirklənməsinin qarşısını almaq üçün su püskürtmə fanatlarından istifadə olunur.
“Tüstü əleyhinə silah” və ya “duman tabancası” adlandırılan sistem, çirklənmiş havanın cəmləşdiyi nöqtələrə təzyiqli su püskürtmək, yerli yağıntı yaratmaq və beləliklə də suyun köməyi ilə havadakı hissəcikləri yerə endirmək məqsədi daşıyır.
Su yüksək təzyiq altında nəqliyyat vasitəsinə quraşdırılmış su çəninə qoşulan nəhəng pərvanələrdən keçirilir və 100 mikron damlacıq ölçüsünə qədər seyreltilərək sprey şəklində havaya səpilir.
Uzun illərdir ki, Yeni Dehli, xüsusilə qış mövsümündə qonşu ştatların kənd təsərrüfatı sahələrində “küləş yanması” səbəbindən hava keyfiyyətinin ən aşağı olduğu bölgələrdən biridir.
Mütəxəssislər bölgədə havanın çirklənməsinin sağlamlığa zərər verə biləcəyini əsas gətirərək əhaliyə maska taxmağı tövsiyə etmişdi.