“Erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyəti Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşür”.
İnterpress.az xəbər verir ki, bunu Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşündə deyib.
Bildirilib ki, beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb.