MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyibbackend

MSK növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.

İnterpress.az-ın xəbərinə görə, məsələ barədə məlumatı komissiyanın katibi Arifə Muxtarova təqdim edib.

Sonra MSK üzvləri Təqvim planını təsdiqləyib.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.