Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlir.
İnterpress.az xəbər verir ki, H.Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.