İqlim böhranı ilə mübarizədə təsirli nəqliyyat üsullarından biri olaraq görülən elektrikli velosipedlər Nyu Yorkda rekord sayda yanğına səbəb olub. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Nyu York Yanğından Mühafizə İdarəsinin məlumatına görə, elektrik velosipedləri şəhərdə 267 yanğına səbəb olub.
Bu yanğınlarda 18 nəfər həlak olub, 150 nəfər yaralanıb. Bu rəqəmlər 2023-cü ildə elektrikli velosiped yanğınlarından itkilərin 200 faiz artacağı anlamına gəlir.
Rəsmi məlumatlara görə, ABŞ-da 2019-2022-ci illərdə elektrikli velosiped satışları 269 faiz artıb. Təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edir ki, elektrikli velosipedlərin litium-ion akkumulyatorları nəzarətsiz şəkildə qızıb partlaya bilər.