Avstraliyada hökumət xarici investorların ölkədə yaşamasına icazə verən “qızıl viza” proqramını dayandırıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Avstraliya mətbuatında çıxan xəbərlərə görə, Avstraliyanın Daxili İşlər və Kibertəhlükəsizlik Naziri Kler O’Nil proqramla bağlı açıqlama verib.
O’Neil, “qızıl viza” tətbiqinin Avstraliya iqtisadiyyatının illərdir ehtiyaclarını ödəmədiyinin “açıq-aşkar olduğunu” ifadə etdi.
Bildirilir ki, “qızıl viza” proqramını daha əhatəli işçi vizaları əvəz edəcək.
Hökumətin məlumatlarına görə, 2012-ci ildən bəri proqram çərçivəsində minlərlə investora “qızıl viza” verilib və müraciətlərin təxminən 85 faizi Çindəki investorlardan gəlib.
“Qızıl viza” proqramı çərçivəsində xarici investorlara təxminən 3,3 milyon dollarlıq sərmayə müqabilində Avstraliyada daimi yaşayış statusu verilib.