Qəzza zolağında HƏMAS-la İsrail arasında sazişə dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Səda əl-Balad” telekanalı məlumat yayıb.
Qahirədəki görüşlərdə iştirak edən ABŞ və İsrail nümayəndələri müvəqqəti atəşkəs və Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı istənilən potensial razılaşmadan sonra danışıqların davam etdiriləcəyini bildiriblər. Yekun razılaşmalara nail olmaq üçün onlar daha bir neçə günlük məsləhətləşmələr aparacaq.
Bir müddət əvvəl İsrail tərəfi ilə Misir arasında Qəzza ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyişlərin olduğu bildirilib. Yüksək vəzifəli Misir mənbəyinin məlumatına görə, Qəzza zolağında atəşkəsin bağlanması ilə bağlı Misir və İsrail nümayəndə heyətləri arasında görüşlərin yaxınlaşmasında nəzərəçarpacaq irəliləyiş əldə edilib.