“Putin” Haaqaya gətirildi – İnauqurasiya üçün HƏDİYYƏ – VİDEObackend

“Putin” Haaqaya gətirildi – İnauqurasiya üçün HƏDİYYƏ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyadan olan Kreml tənqidçiləri Rusiya prezidentinin andiçmə mərasiminə satirik hədiyyə hazırlayıblar. Onlar qandallı Putinin həbsxana geyimində fiqurunu Haaqaya gətiriblər.

İnterpress.az xəbər verir ki, Haaqada “Putin Həbsxanası: Həbsxanaya, Kremlə yox” adlı aksiya keçirilib. Aksiya çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında əli qandallı və həbsxana geyimində Putinin fiquru qoyulub. Əsərin müəllifi heykəltəraş Jak Tillidir.

Aksiyada müxtəlif ölkələrdən olan fəallar və yoldan keçənlər iştirak edib.

Tədbirin əsas təşkilatçısı Rusiya Müharibə Əleyhinə Komitəsinin dəstəyi, FBK, Free Russland Global və Azad Rusiyanın informasiya dəstəyi ilə Almaniyanın “Azad Rusiya Şimali Reyn-Vestfaliya” qeyri-kommersiya təşkilatıdır (Freies Russland NRW e.V.).

“Bütün dünya anlayır ki, inauqurasiya ilə bu tamaşa “prezident seçkiləri” deyilən farsın sonudur və hakimiyyəti qanunsuz yolla qəsb etmiş beynəlxalq cinayətkarın yeri dövlətin başında deyil, həbsdədir”, – “Azad Rusiya Şimali Reyn-Vestfaliya” anonsunda yazılıb.

Xuraman Etibarlı

İnterpress.az