Hökumət tərəfindən dəstəklənən elektromobilin pulu OĞURLANDI – Cinayət işi açıldıbackend

Hökumət tərəfindən dəstəklənən elektromobilin pulu OĞURLANDI – Cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hökumət tərəfindən dəstəklənən elektromobilin pulu oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Samara vilayətinin prokurorluğu məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanları Zetta elektromobilinin hazırlanması üçün büdcədən ayrılan 284 milyon rublun (təxm. 5 milyon 300 min man)  oğurlanması ilə bağlı cinayət işi açıblar.

Prokurorluq qeyd edir ki, 2017-ci ilin sonundan 2019-cu ilin dekabrına qədər ZETTA MMC-nin hesablaşma hesabı federal büdcədən elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin aparılması xərclərinin bir hissəsini kompensasiya etmək üçün ümumilikdə 284 milyon rubldan çox subsidiya alıb.

Rus elektrik avtomobili Zetta 2019-cu ildə hazırlanmağa başlayıb. O zaman Sənaye və Ticarət Nazirliyinə rəhbərlik edən Denis Manturov bildirib ki, avtomobil 2020-ci ilin yazında bazara çıxacaq, onun qiyməti ən azı 550 min rubl olacaq.

Xuraman Etibarlı

İnterpress.az