Türkiyə bu gün İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyir.
İnterpress.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
“Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan başda olmaqla İran rəsmilərinin sağ-salamat olduqlarını ümid edir və qardaş İran xalqına keçmiş olsun deyirik. Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür”./APA