Walla: “İsrail Rusiyanın siyasətinə görə Ukraynaya silah tədarük edə bilər”backend

Walla: “İsrail Rusiyanın siyasətinə görə Ukraynaya silah tədarük edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Ukraynaya silah tədarükü siyasətinə yenidən baxa bilər.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Walla” portalı məlumat yayıb.

Bildirilir ki, bu gün İsrailin baş naziri Netanyahu Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi rəhbərləri və digər yüksək rütbəli rəsmilərin iştirakı ilə Ukraynaya silah tədarükü siyasəti ilə bağlı müzakirələr keçirəcək.

“İsrailin Ukraynaya silah ötürülməsinə qarşı əsas arqumenti Rusiyanın sərt reaksiyası qorxusu idi… Amma son aylarda Rusiya Federasiyası ilə İran arasında təhlükəsizlik münasibətlərinin dərinləşməsi, Qəzza müharibəsi zamanı Rusiyanın anti-İsrail mövqeyi və İsrailin Qərbin dəstəyinə ehtiyacı sistemin müqavimət təhlükəsizliyini və siyasi səviyyəsini sarsıtmağa başladılar və siyasətə yenidən baxılmasına yol açdılar”, – nəşr yazıb.

Bunun fonunda Ukrayna prezidentinin ofisinin rəhbəri Yermak ümid etdiyini bildirib ki, İsrail “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verməyə razı olacaq.

Xuraman Etibarlı

İnterpress.az