Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.
“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”, – paylaşımda deyilir.
While entering Pakistan’s airspace Pakistan Air Force fighter jets are saluting and escorting Board No1 of Azerbaijan! pic.twitter.com/2yxCFvVRxu
— Hikmet Hajiyev (@HikmetHajiyev) July 11, 2024