Dağıstanda DƏHŞƏT: Kvestdə baş verən yanğında 2 qız ÖLDÜ – FOTO/VİDEObackend

Dağıstanda DƏHŞƏT: Kvestdə baş verən yanğında 2 qız ÖLDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mahaçqalada dəhşətli kvestdə baş verən yanğın nəticəsində 2 qız ölüb.

İnterpress.az-ın Rusiya mediasına istinadən məlumatına görə, yanğının oyun zamanı benzin mayesinin alışması səbəbindən başladığı bildirilir.

Yanğın aparıcının günahı ucbatından baş verib. O, əlcəyi yandıraraq onu kerosinli mişarların olduğu tərəfə atıb.

Qızlar kvest otağından özbaşına çıxa bilməyiblər. Hər ikisi xəstəxanada ölüb, daha bir 20 yaşlı gəncin bədəninin 50%-i yanıb.

İki ziyarətçi aldıqları yanıqlardan ölüb.

Onlardan biri dərhal, ikincisi isə iyulun 22-də səhər dünyasını dəyişib. İkinci qızın bədəninin 97%-dən çoxu yanıb. O, reanimasiyadadır.

Ölən qızlar ərləri ilə birlikdə macəra axtarışına gəliblər.

Yanğın “Dəhşət Evi” adlanan ərazidə baş verib. Kvest iştirakçıları qandalanıb və zəncirlənərək qəfəslərə salınıblar. Onlar oradan asanlıqla çıxmalı idilər.

Axtarış otağının animatoru saxlanılıb. O, təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərməkdə şübhəli bilinir.

 

Xuraman Etibarlı

İnterpress.az