Tehran rejiminin bu gün şüurlarda əsdirməyə çalışdığı xəfif mehin sabah bütün cəmiyyəti sarsıdan qasırğaya çevrilə biləcəyi onsuz da sezilirdi…
Vilayəti-fəqih” düşüncəsi
“hay” təfəkkürü
Son dövrlər İran İslam Respublikasından yönləndirilən bir sıra internet resurslarında, xüsusilə “telegram” platformasında və Facebook sosial şəbəkəsində Azərbaycana qarşı ideoloji təxribatın intensivliyi xeyli dərəcədə artıb.
Gözlədikləri səviyyədə sosial baza yarada bilmədikcə aqressivləşən və aqressivləşdikcə də İslamdan daha da uzaqlaşan İslam Respublikası ölkəmizdə dini nifrət və düşmənçilik salmaq, dindarları dövlət əleyhinə çağırışlara təşviq etmək, ümumilikdə cəmiyyətdə xaos yaratmaq istiqamətində səylərini artırıb.
Hətta “İslam Respublikası” qeyd olunan səylərini o qədər artırıb ki, bizə düşmən olan Ermənistanla bu sahədə rəqabat aparmaqdan belə çəkinmədiyi məlum olub.
Bu mənzərə özünü müsəlman sayan bir şəxsə təsir göstərdikcə, insanı gerçək səbəblər barədə düşünməyə vadar edir: görəsən Azərbaycana qarşı İran-Ermənistan həmrəyliyinin arxasında hansı sabəblər dayanır? İri coğrafiyada düşmənçilik toxumlarının səpilməsi, qonşulara və regionda yaşayan xalqlara milli və dini mənsubiyyətinə görə nitrət hissi bəsləmələri islamdan xəbərsiz olan “İslam Respublikası”nın dövlət ideologiyasının əsasını təşkil edən “Vilayəti fəqih” düşüncəsi ilə erməni təfəkkürünü az qala eyniləşdirən amil kimi çıxış edir.
Bəli, İran ve Ermənistan qardaşlığının arxasında da məhz bu oxşarlığın dayandığı şəksizdir. Hər iki cəmiyyətdə birləşdirici faktor din adı ilə ortaya atılmış lakin dini mahiyyətdən kənar ideoloji təlimlərdir. Təkcə İranda deyil, eməni kimliyinin də əsasında dini faktor dayanır. Heç kimə sirr deyil ki, hazırda da milli, irqi, eləce də dini zəmində nifrət ve düşmənçiliyə söykənən eməni ideologiyasını yönləndiren Üçmiədzin kilsəsidir. Hazırda İrandakı molla rejimi ermənilərin “türkə qarşı nifrət düşüncəsi, “genosid” iddiası və “miatsum” xülyasını sanki öz baxışlarına köçürərək ona “İslami” məzmun vermək cəhdləri ilə gerçək mahiyyətlərini daha aydın ortaya qoymuş olurlar. Əsas fərq isə ondan ibarətdir ki, əgər sözü geden “hay” təfəkkürü eməni toplumunda və erməni lobbisi vasitəsilə müxtəlif ölkələrdə yayılsa da, İran rejiminin din pərdəsi altında Azərbaycan cəmiyyətində yaymağa çalışdığı “Vilayəti-faqih” düşüncəsi, ölkəmizin təhlükəsizliyi və milli maraqlarına, elacə də milli mənəvi dəyərlərimizə qarşı “Troya atı” na çevrilib.
Qeyd edilməlidir ki, ermənilərin “türkə qarşı nifrət” düşüncəsi ve “genosid” iddiası ilə özləri barədə “ezabkeş” obrazı yaradaraq diqqət mərkəzində olmaq cəhdlərini biz İran rejiminin təbliğatında başqa din və məzhəblərə qarşı yönəlmiş eyni mahiyyətli hərəkətlərdə aydın müşahidə edirik. Burada acınacaqlı məsələ odur ki, Tehran rejimi “Vilayəti-fegih”təlimi vasitəsilə yaratdığı “məzlumiyyət” obrazı ilə İslam tarixində İmam Hüseyn () kimi qəhrəmanlıq və fədəkarlıq səlnaməsi yazmış şəxsiyyəti də öz məkrli məqsədlərinə alət etməyə sey göstərirlər. Bəli, məhz səy göstərə bilirlər. Çünki təkcə İslam dünyasında deyil, bütün bəşəriyyətdə İslam tarixinə az-çox bələd olan hər kəsə məlumdur ki, İmam Hüseyn(e) elə İrandakı mövcud molla rejiminin mənəvi acdadları sayılan, Əhli-Beytin haqqını qəsb edən, din adı altında şəxsi və qrup mənafelərini təmin etməyə çalışan qüvvələrə qarşı sinəsini siper etməklə ali mənəvi zirvə- şəhidlik məqamına yüksəlib.
“Türkə qarşı nifrət” düşüncəsi və “genosid” iddiası ilə çıxış edən “hay” tefəkkürünün daşıyıcıları öz cəmiyyətlərini isterikaya yoluxdurub “həmrəyliyi” təmin etdikləri kimi Tehran rejimi də şiə qardaşlığı” adı altında “Vilayəti-fəqih” nəzəriyyəsinə bağlı müəyyən sosial baza yaratdığından sonra Azərbaycan Respublikasının torpaqlarını məqsədyönlü şəkildə “Şimali İran” adlandırmağa başladılar. Elə bununla da “Troya atı” nın quyruğu daha aydın şakildə göründü. Halbuki ölkəmizin ərazi bütövlüyü beynalxalq aləm, hətda rəsmi səviyyədə İran tərəfindən də tanınır. Vaxtilə ermenilər “ezabkeş” obrazı ilə ölkəmizə sığınaraq bir sıra torpaqlarımızda məskunlaşdıqları kimi, I Qarabağ müharibəsi dövründə yaranmış situasiyadan sui-istifadə edən mola rejimi ölkəmizdə Xomeyni adına İmdad” fondu vasitəsilə “humanitar aksiya”, Ali dini rəhbərin nümayəndəliyi vasitəsilə “dini təbliğat, İran Mədəniyyət Mərkəzi vasitəsilə isə “mədəni tədbirlər adı ilə irançıliğı yaymağa başladılar.
Azərbaycan isə 30 il ərzinde ermənilər üçün həyat mənbəyi rolunu oynayan “İslam Respublikasına daim “əmr bil-məəruf və “nəhy anil-munkər” (yaxşılığa dəvət pislikdən çəkindirmə) çağırışları etdi, hətta ölkədə ən ali səviyyədə mütəmadi olaraq dostluq və mehriban qoşuluq mesajları göndərildi. Əvəzində nə baş verdi? 30 ilə yaxın Azərbaycanda bəslənən İran ali dini liderinin nümayəndəsi Ocaqnejad təsir altına saldığı azərbaycanlı dindarlardan topladığı “xüms” pulları hesabına İslam dininin mahiyyətinə zidd formada nifrət və düşmənçiliyə yönələn çağırışlar etdi müqəddəs dinimizin namaz və oruc kimi vacib əməlləri arxa plana keçirərək “Allah sizi didişmək üçün yaradıb” mesajını verməklə müsəlman ölkəsində xaos yaratmağa səy göstərdi. Tehran hökuməti ermənilərin “miatsum” xülyasına bənzər şəkildə Azərbaycana qarşı gah “Şimali İran” gah İslam inqilabının, gah da”Kərima Dövləti” cəfəngiyyatını qündəmə gətirdi. Bu azmış kimi 2023-cü ilin yanvar ayında”Islam Respublikası” ölkəsində qonaq və elçi sifətilə təmsil olunan azərbaycanlılara qarşı İslam dininin müqəddəs dəyərləri ve beynelxalq hüquq normalarına zidd olaraq açıq-aşkar terror törətdi, iki aydan sonra isə növbəti terror aktını ölkəmizin ərazisində Azerbaycan dövlet xadiminə qarşı hayata keçirdi.
“İslam Respublikası’nın “dini təbliğat” yolu ile Azərbaycanda sosial baza yaratmaq istiqamətindəki davamlı fəaliyyətini müşahidə etdikcə “şiə” libasına bürünmüş Tehran rejiminin bu gün şüurlarda esdirməyə çalışdığı xəfif mehin sabah bütün cəmiyyəti sarsıdan qasırğaya çevrilə biləcəyi onsuz da sezilirdi…
Sezildiyi ve İslamdan xəbərsiz “İslam Respublikası”nın getdikcə daha da azğınlaşdığı üçün artıq “Troya atları”nın zərərsizləşdirilməsi və İran rejiminin Azərbaycana qarşı təsirlərinin qarşısının alınması yönünde tədbirlərin görülməsi qaçılmazdır.