Sudan liderinə pilotsuz təyyarə ilə sui-qəsd edilib.
interpress.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Bildirilir ki, Sudan liderinə pilotsuz təyyarə vasitəsi ilə sui-qəsd edilib.
Əbdülfəttah əl-Burhan sağ qalıb, lakin onun vəziyyəti haqqında məlumat yoxdur.
Sudan ordusu hücumda 5 nəfərin öldüyünü, bir neçə nəfərin isə yaralandığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az