“Seçim edilib, biz Rusiya mifindən Qərb mifinə keçirik”.
interpress.az xəbər verir ki, bunu “Suallar var” verilişində erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyib. O bildirib ki, Ermənistan seçim edə bilməz, seçim seçimin olmaması olmalıdır.
Onun sözlərinə görə, Ermənistan münaqişəsi olan böyük ölkə deyil, ciddi təhlükəsizlik problemləri var, “Fransanın və ya Amerikanın Qarabağı azad etməyə gələcəyinə ümid etmək ciddi deyil”.
“Bu sadə yanaşmalar – rusiyayönlü, qərbyönlü yanaşmalar ciddi deyil. Özünə hörmət edən mütəxəssislərdə belə bir təsəvvür ola bilməz, politoloq nə qərbpərəst, nə də rusiyapərəst ola bilər”, – İskəndəryan qeyd edib.
O hesab edir ki, sivilizasiya seçimi etmək yanlışdır.
“Gəlin Azərbaycan nümunəsinə baxaq. Onlar sivilizasiya seçimi edirmi? – yox, Rusiya ilə işləyirlərmi? – bəli, Qərblə işləyirlərmi? – bəli, İranla? – hə.
Ermənistanın balanslaşdırılmış xarici siyasətə ehtiyacı var. Tərəflərdən birinə “stavka” etmək siyasi təcrübənin olmamasının nəticəsidir və mərcin qoyulması o deməkdir ki, biz sadəcə bir mifdən digərinə keçirik”, – İsgəndəryan vurğuıayıb.
Xuraman Etibarlı
İnterpress.az