Rusiyada təcridxana işçilərini girov götürən şəxsə hökm oxunub.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məliumat yayıb. Bildirilir ki, məhkəmə Rostov İstintaq Təcridxanasında girov götürülməsinin sağ qalan yeganə iştirakçısı Daniil Kamnevi 23 il müddətinə azadlıqdan məhrum edib.
O, Kislovodsk Daxili İşlər İdarəsinin binasında partlayış hazırlamaqda ittiham olunub.
Kamnev günahını etiraf edib. Prokurorluq onun üçün 28 il həbs istəyib.
Xatırladaq ki, İyunun 16-da altı məhbus Rostov-na-Donudakı 1-ci istintaq təcridxanasının iki əməkdaşını – istintaq təcridxanasının növbətçi inspektorunu və regional Federal Penitensiar Xidmətin əməliyyat şöbəsinin rəisini girov götürüb.
Terrorçular bıçaq, rezin dəyənək və atəş baltası ilə silahlanıblar. Hücum edənlər “İslam Dövləti” (İD) terror qruplaşmasına mənsub olduqlarını bəyan edərək avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb ediblər.
Bir neçə saat sonra Federal Penitensiar Xidmət xüsusi əməliyyat nəticəsində girovları azad edib, cinayətkarları isə öldürüb.
Daha sonra məlum olub ki, terrorçulardan biri sağ qalıb. Sağ qalan yeganə şəxs 1996-cı il təvəllüdlü Dmitri Kamnevdir. O, İslamı qəbul edib və onun “radikal hərəkatının” tərəfdarı olub.
Xuraman Etibarlı
İnterpress.az