İspaniya baş nazirinin həyat yoldaşı ona qarşı istintaqa rəhbərlik edən hakimdən şikayət edib.
interpress.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomez ona qarşı istintaq başlatan Madrid hakimindən şikayət edib.
Baş nazirin arvadı hesab edir ki, hakim Xuan Karlos Peinado “özbaşına və açıq-aşkar ədalətsiz” qərarlar verib.
Bununla bağlı Qomez onu vəzifə səlahiyyətlərindən sui-istifadədə və istintaq sirrini pozmaqda ittiham edir.
Bundan əvvəl İspaniyanın baş naziri də Peinadodan şikayət etmişdi.
Aprel ayında hakim Sançesin həyat yoldaşına qarşı biznes korrupsiyası və əlaqələrin istismarı şübhəsi ilə istintaq elan edib.
Şikayət “Təmiz Əllər” sindikatı tərəfindən verilib və o, şübhələrin mətbuatda dərc olunan nəşrlərə əsaslandığını etiraf edib.
El Confidencial qəzetinin yazdığına görə, iş Qomezin hökumətdən pul və dövlət müqavilələri alan bir neçə özəl şirkətlə münasibətlərinə əsaslanır. Prokurorluq işə xitam verilməsi barədə vəsatət verib.
İstintaq başlayandan sonra baş nazir vəzifəsində qalıb-qalmayacağı barədə düşünmək üçün ictimai tədbirlərini müvəqqəti olaraq ləğv edib.
Sançes Qomezə qarşı misli görünməmiş hücumlarda İspaniyanın sağçı və ifrat sağçı siyasi qüvvələrini günahlandırıb. Daha sonra baş nazir istefa verməkdən imtina edib.
Xuraman Etibarlı
İnterpress.az