Astarada sürücünün təmir etdiyi yük avtomobili üstünə aşıb.
İnterpress.az xəbər verir ki, Astara rayon sakini 1982 – ci il təvəllüdlü Afərin Əkrəm oğlu Əskərov özünə məxsus “Ural” markalı yük avtomobilini təmir edərkən, ehtiyatsızlıqdan maşın onun üstünə aşıb. A.Əskərov xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona tibbi yardım göstərib. Xəstəxanadan verilən məlumata görə, yaralının həyatı üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır./APA