Qəbələdə vətəndaşlardan 12 tüfəng götürülübbackend

Qəbələdə vətəndaşlardan 12 tüfəng götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan İnterpress.az-a verilən məlumata görə, əməliyyat yolu ilə vətəndaşlardan 7 tüfəng aşkar edilərək götürülüb.

Profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri 5 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.