İrəvanda Zvartnots hava limanında Braziliya vətəndaşı ÖLÜB – FOTObackend

İrəvanda Zvartnots hava limanında Braziliya vətəndaşı ÖLÜB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda Zvartnots hava limanında Braziliya vətəndaşı ölüb.

interpress.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb. Bildirilir ki, Braziliya vətəndaşı Lukas Araujolima avqustun 8-də İrəvan Zvartnots hava limanından Astqik tibb mərkəzinə gedərkən yolda dünyasını dəyişib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşın ölümündə günahkarların gömrükçülər olması barədə əməliyyat məlumatlarına malikdir”, – deyə məlumatda bildirilir.

Saytın məlumatına görə, 30 yaşlı braziliyalı ürək-ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya aparılıb. İstintaq Komitəsi adam öldürmə maddəsi ilə cinayət işi açıb.

Xuraman Etibarlı

İnterpress.az