Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının xarici divarına quraşdırılan elektrik lövhəsində 21 ədəd elektrik sayğacı və 97 p.m kabel yanıb.
FHN-nin mətbuat xidmətindən İnterpress.az-a bildirilib ki, yaxınlıqdakı obyektlər və yaşayış binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.