TƏBİB-in tabeli müəssisələrində 149 seçki məntəqəsi təşkil olunubbackend

TƏBİB-in tabeli müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TƏBİB-in tabeli tibb müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub.

İnterpress.az-ın məlumatına görə, bunu qurumun İcraçı direktorunun müavini Araz Nəsirov TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə deyib.

Toplantıda Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərə tibb müəssisələrinin hazırlığı müzakirə edilib.

Seçki prosesində TƏBİB tərəfindən xidmətin təşkili ilə bağlı görülən işlər barədə məruzə edən A.Nəsirov tabeli müəssisələrdə təşkil olunan seçki məntəqələri barədə məlumat verib:

“Tabeli tibb müəssisələrində 149 seçki məntəqəsi təşkil olunub və tibb müəssisələrinin kollektivlərinin yüksək seçici fəallığına malikdir”.