Gürcüstanda ildırım vurması nəticəsində bir nəfər ÖLÜBbackend

Gürcüstanda ildırım vurması nəticəsində bir nəfər ÖLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cavaxetiyada bir nəfər ildırım vurması nəticəsində ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Bildirilir ki, sentyabrın 10-da Aspindza bələdiyyəsinin Ota kəndi yaxınlığında ildırım vurması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Yerli sakinlərin sözlərinə görə, ildırım düşən zaman onların hər ikisi meşədə olub.

Fövqəladə Hallar Koordinasiyası və Təcili Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası bir cəsəd aşkarlayıb, ikinci zərərçəkən isə Axaltsixe xəstəxanasına aparılıb.

Xuraman Etibarlı

İnterpress.az