Belarus nüvə silahından istifadə edəcək – Lukaşenkobackend

Belarus nüvə silahından istifadə edəcək – Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Belarusa hücum edən kimi nüvə silahından istifadə ediləcək.

İnterpress.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko tələbələrlə görüşdə nüvə silahının Belarus və Rusiyanı qorumaq üçün istifadə oluna biləcəyi hallardan danışıb.

“Dövlət sərhədi qırmızı xəttdir”, – deyə prezident bildirib.

Dövlət başçısı xatırladıb ki, Belarusa hücum Üçüncü Dünya Müharibəsinin başlanması demək olacaq.

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda nüvə doktrinasına düzəliş etməklə bunu təsdiqləyib. Ona görə Rusiya və Belarusa hücum nüvə silahından istifadəyə gətirib çıxaracaq.

Prezident vurğulayıb ki, onun bəyanatının mahiyyəti ondan ibarətdir ki, NATO və ya artıq sərhəddə düzülmüş ABŞ və Polşa, xüsusən də Polşa Belarusa qarşı aqressiv hərəkətlər edən kimi nüvə silahından istifadə olunacaq. Rusiya münaqişəyə müdaxilə etmək məcburiyyətində qalacaq.

“Biz nüvə silahından istifadə edəcəyik, onlar bizə cavab verə bilərlər. Həm də Rusiyada. Ona görə də Rusiya bütün arsenalından istifadə edəcək. Və bu artıq dünya müharibəsidir. Qərb də bunu istəmir. Onlar buna hazır deyillər. Amma biz onlara açıq deyirik: qırmızı xətt dövlət sərhədidir. Bunun üzərinə addımlayın – cavab ani olacaq. Biz buna hazırlaşırıq. Mən bu barədə dürüst və açıq deyirəm”, – Aleksandr Lukaşenko fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az