Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibbackend

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə İnterpress.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi –Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, oktyabrın 12-də də NİİM əlverişsiz hava şəraiti ilə əlaqədar analoji addım atmışdı.