Gürcü qadın Rusiyada qiyabi olaraq 13 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ – FOTObackend

Gürcü qadın Rusiyada qiyabi olaraq 13 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstandan olan muzdlu hərbçi qadın Rusiyada Ukrayna qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Gürcüstandan olan muzdlu hərbçi Rusiya Federasiyasında Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etdiyinə görə qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edilib.

Müəyyən edilib ki, Gürcüstan vətəndaşı Uşanqi Mamulaşvili Ukrayna tərəfində döyüşlərdə iştirak etmək məqsədi daşıyan “Gürcüstan Milli Legionu” hərbiləşdirilmiş birləşməsini yaradıb və ona rəhbərlik edib.

İvaneişvili maddi mükafatlar almaq üçün könüllü olaraq bu formasiyaya qoşulub. O, odlu silah, döyüş sursatı, uniforma və xüsusi texnika ilə təmin edilib.

Qadın hərbi təlim keçdikdən sonra Ukrayna təhlükəsizlik qüvvələrinin tərəfində DXR nümayəndələrinə və Rusiya Silahlı Qüvvələrinin hərbçilərinə qarşı döyüşlərdə iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az