Taliban Əfqanıstan üzərində nəzarəti itirir.
İnterpress.az xəbər verir ki, bu barədə “Asia Times” məlumat yayıb. Bildirilir ki, Əfqanıstanda Taliban üç illik hakimiyyətinə qarşı artan müqavimət və ölkənin sabitliyinə xələl gətirən təhdidlərlə üzləşir.
“Taliban Cənubi və Mərkəzi Asiyada xilafət yaratmağa çalışan İD-Xorasan (İŞİD-in Əfqanıstan qolu) cihadçı qruplaşmasının qarşısını almaq cəhdlərində tamamilə uğursuzluğa düçar olub”, – mənbə qeyd edir.
Belə ki, bu yaxınlarda Kabildə izdihamlı bazarda 11 nəfərin yaralanması ilə nəticələnən partlayışa görə məsuliyyəti İD-Xorasan daşıyır.
Məqalədə deyilir ki, İD-Xorasan narazı Taliban üzvlərini cəlb edir və Baş Kəşfiyyat İdarəsinə, hökumət nazirliklərinə sızdığı bildirilir.
Buna bu ilin iyununda departamentin 20 üzvünün terror qruplaşması ilə əlaqədə şübhəli bilinərək həbs edilməsi də sübutdur.
Talibanın beynəlxalq legitimlik axtarışı İD-Xorasan tərəfindən ələ salınıb. İD-Xorasan rejimi “Qərbə əyilməkdə” ittiham edərək, bir çox narazı əfqanlarda rezonans doğurub.
Eyni zamanda, Talibanın İD-Xorasanı məğlub edə bilməməsi onları bir çox əfqanların gözündə zəiflədib, o cümlədən hakimiyyətə qayıtdıqdan sonra vəd etdikləri sabitliyi və təhlükəsizliyi təmin edə bilməyib.
Xuraman Etibarlı
İnterpress.az