Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “veteran pulu”nun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
İnterpress.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir.
“Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”, – nazir vurğulayıb.