İstefa verdikdən sonra Kuleba ABŞ-da Harvard Universitetində işə düzəlib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Mətbuat Xarici İşlər Nazirliyinin keçmiş rəhbərinin böyük elmi işçiyə çevrildiyini bildirir.
“Dmitri Kuleba Belfer Elm və Beynəlxalq Münasibətlər Mərkəzinin baş əməkdaşı olur” – Belfer Mərkəzi elan edib.
Kulebanın namizədliyinin seçilməsi orada onun Ukraynanın əsas və nüfuzlu diplomatı olması və beynəlxalq aləmdə demokratiya, azadlıq və möhkəmlik uğrunda mübariz kimi tanınması ilə izah edilib.
Xuraman Etibarlı
İnterpress.az