Çimərlikdə DƏHŞƏTLİ ANLAR: Qəzalı körpü insanların üzərinə UÇDU – FOTObackend

Çimərlikdə DƏHŞƏTLİ ANLAR: Qəzalı körpü insanların üzərinə UÇDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Primorskda çimərlik yaxınlığındakı qəzalı körpü uçub, suda batanlar və xəsarət alanlar var.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Primorsk diyarındakı Muravyinaya buxtasında yerləşən çimərlik yaxınlığında qəzalı vəziyyətdə olan piyada körpüsü uçub. Hadisə körpünün üzərində uşaqlar da daxil olmaqla təxminən 20 nəfərin olduğu an baş verib.

Şahidlərin sözlərinə görə, uçqundan əvvəl uşaqlar körpünün üzərindən suya tullanırmışlar. Konstruksiyanın çökməsindən dərhal sonra sahildə və suda böyük panika yaşanıb, ətrafdakı insanlar yaralılara kömək etmək üçün suya atılıblar.

İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb. Bir oğlan uşağının barmağı qopub, digər bir qız uşağı isə çoxlu su udaraq boğulma təhlükəsi keçirib.

Hər iki uşaq sahildəkilər tərəfindən sudan çıxarılıb. Dağılmış körpünün altında digər insanların qaldığı ehtimal olunur və xilasedicilər onları çıxarmaq üçün suya dalmağa hazırlaşırlar.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Xuraman Etibarlı

İnterpress.az