Dağıstanda 2012-ci ildə törədilən sifarişli qətlə görə killerə hökm oxundu
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Dağıstanda 2012-ci ildə törədilmiş amansız qətllə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə yerli sakini qətlə yetirməkdə təqsirləndirilən muzdlu killer 25 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, hadisə 2012-ci ilin sentyabrında Noqay rayonu ərazisində baş verib. Təqsirləndirilən şəxs digər cinayət ortaqları ilə əvvəlcədən əlbir olaraq, sifariş əsasında yerli sakinin qətlində birbaşa iştirak edib.
Uzun illər davam edən araşdırmalardan sonra cinayəti törədən şəxsin şəxsiyyəti müəyyən edilib və o, ədalət məhkəməsi qarşısına çıxarılıb.
Məhkum olunmuş şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xuraman Etibarlı
İnterpress.аz






