Bazarda qətlbackend

Bazarda qətl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

43 yaşlı Maarif İsmayılovun qətlinin səbəbi də məlum olub. Buna görə 27 yaşlı Emilin tərcümeyi-halının öyrənilməsi köməyə gəlib.

Emil Hüseynov DİN universitetinin məzunudur. Bir–iki il sahə müvəkkili işlədikdən sonra 2012-ci ildə Sankt-Peterburq Narkotiklərlə mübarizə idarəsinə işə düzəlib. 2015-ci ildə Peterburqdakı Azərbaycan konsulunun qəbuluna getdikdən sonra onu ifşa edən materiallar əsasında işdən qovulub.

Məlum olub ki, Emil konsulun qəbuluna hansısa sənədlərlə gedibmiş. Həmin qovluqda Azərbaycan diasporunun nüfuzlu nümayəndəsinə aid ifşaedici məlumatlar varmış. Lakin bu səfərin bir nəticəsi olmur, əvəzində Emil işsiz qalır. Deyilənə görə, Emil Hüseynovdan konsulla görüşməyi xahiş ediblərmiş. Əvəzində isə ona mənzil söz verilibmiş.

Bundan sonra gənc müxtəlif işlərdə çalışır: kimisə mühafizə edir, kiməsə məsləhət verir. İlkin məlumata görə, Maarif İsmayılovla qohumu Elçin Lənkəranski vasitəsilə tanış olub. Elçin isə pulların nağdlaşdırılması mafiyasının o qədər də iri olmayan fiquru imiş. Mənbə bildirir ki, Sankt-Peterburq polisi bir neçə ildir ki. Sofiysk bazarında nağdlaşdırma mafiyasının gördüyü işlərin mexanizmini öyrənməyə çalışır.

Emil Hüseynov İsmayılov vasitəsilə Azərbaycana təxminən 200 min rubl göndərmək istəyir. Amma göndəriş ünvanına çatmır. İyunun 20-si səhər Emil zəng edərək pulların aqibətini öyrənmək istəyir, amma cavab onu qane etmir. Və şəxsən işi yoluna qoymağa gəlir. (musavat)

İnterpress.az