Qazax-Kosalar kənd yolunun kənarındakı köhnə tikilinin zirzəmisində meyiti tapılan şəxsin Kosalar kənd sakini, 1983-cü il təvəllüdlü Hüseynov İmamverdi Hüseyn oğlu olduğu müəyyənləşib.
Müayinə zamanı onun bədənində zorakılıq əlamətləri olmasa da, zaman burnunda qan izləri aşkarlanıb. Məlumata görə İ. Hüseynovun iki azyaşlı övladı var.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır. (virtualaz.org)
İnterpress.az