Tovuz rayonunda uşaq su kanalına düşərək boğulub. Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Kənd sakinlərinin verdiyi məlumata görə, 2006-ci il təvəllüdlü Vahid Vidadi oğlu Quliyev kənd ərazisində olan su kanalının ətrafında gəzərkən ayağı sürüşüb və kanala düşüb.
Suda boğulan uşaq çıxarılaraq dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Məlumata görə, azyaşlı ailəsi ilə birgə kəndə qonaq gəlibmiş.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Ötən gün də Bakıda suda batma hadisəsi baş verib. Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakinləri Nurlana Qədirova boğulub, qızı Həmidə Əliyeva isə xilas edilib. (musavat)
İnterpress.az