İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, iki il əvvəl Moskvada uğradığı silahlı hücumda həyatını itirən müxalif siyasətçi Boris Nemtsovu öldürməkdən günahkar olan Zaur Dudayev 20 il ağır həbs cəzasına məhkum edildi.
İyun ayı sonunda münsiflər tərəfindən günahkar olan Dudayevlə birlikdə mühakimə olunan digər dörd məhkuma da 11 ilə 19 il arasında həbs cəzası verildi.
Prokurorluq, Nemtsovun öldürülməsini Çeçen Ruslan Muhidinovun əmr etdiyi aydın olduğunu ifadə etmişdi. Baş şübhəli Dudayev də istintaq zamanı verdiyi ilk ifadəsində Nemtsovu İslamı və Çeçenistan lideri Ramazan Kadırovun \”aşağıladığı\” üçün öldürdüyünü bəyan etmişdir, ancaq daha sonra ifadəsini geri çəkmişdi.
Boris Nemtsovun yaxınları isə cinayət əmrini avtoritar Çeçenistan lideri Ramazan Kadırovun verdiyini iddia edir.
Rusiya Dövlət Başçısı Vladimir Putini ən sərt tənqid edən müxaliflərindən biri olan Nemtsov, 2015-ci ildə, müxalifətin edəcəyi etiraz yerişində və Rus ordusunun Ukraynadakı roluyla əlaqədar olaraq şərh etməsindən bir neçə gün əvvəl 27 Fevralda Kremlin yaxınlığındakı bir körpüdə güllələnərək öldürülmüşdü.
İnterpress.az