Fransada körpələrini öldürüb donduran ana skandalıbackend

Fransada körpələrini öldürüb donduran ana skandalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Atlantik okeanı sahilində balıqçı gəmisinin buzluğunda olan bir körpə cəsədiylə hadisə ortaya çıxdı. Körpənin olduğu balıqçı gəmisində çalışan qadının evində axtarış edən polis, evdə dondurulmuş iki körpə cəsədi tapdı. Lorient Respublika Prokuroru Laureline Peyrefitte, körpələrin anası olan 50 yaşlı qadının hər doğumundan sonra körpəni yastıqla boğub dondurduğunu təyin olunduğunu ifadə etdi. Yarılma nəticəsində körpələrin doğum əsnasında ölmədikləri bilinir.

Cani ana, körpələrini 1998, 1999 və 2003-ci illərdə Larmor-Plage şəhərində tək başına doğduğunu, sonra bir zibil torbasına qoyaraq buzluqda dondurduğunu ifadə etdi. Qadının körpələrdən birini çalışdığı gəminin dondurucusunda saxladığı və hadisənin bir başqa işçinin körpəni fərq edib polisə xəbər verməsiylə ortaya çıxdığı açıqlandı. 50 yaşlı qadının 25 yaşında bir oğlu olduğu da bildirildi.

Fransada daha əvvəl yenə bənzər bir hadisə yaşanmış, bir ananın doğduğu körpələrini öldürüb dondurması ölkədə böyük əks-səda doğurmuşdu.

İnterpress.az