İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Macron, ABŞ prezidenti Donald Trump ilə terrorla mübarizə, Suriya, Liviya, Afrikanın Sahel bölgəsi ilə əlaqədar hadisələrdə eyni fikirdə olduqlarını, ancaq qlobal istiləşmə mövzusundakı fikir ayrılığının davam etdiyini bildirdi.
Macron, Trump ilə Elysee Sarayında bir araya gəldi. Heyətlər arası görüşmələrin ardından iki lider mətbuat konfransı təşkil etdi.
Macron, \”görüşümüzdə, ticarət əlaqələri, terrorla mübarizə və Suriya mövzusunda görüş birliyi içində olduğumuzu təsdiq etdik. Liviya və Afrikanın Sahel bölgəsi əlaqədar də ortaq bir fikrə sahibik. Bir çox mövzuda eyni dayanıqlılığa sahibik. Qlobal istiləşmə mövzusu da içində olmaqla çox az mövzuda fikir ayrılıqları içindəyik. Mən Paris İqlim Konvensiyasının bağlılığımı davam etdirirəm. \” dedi.
Fransa prezidenti Macron, ölkəsinin terrorla mübarizə mövzusunda da görüşlərinin ABŞ ilə qüsursuz şəkildə eyni istiqamətdə olduğunu ifadə etdi.
Trump isə Macrona təriflər yağdırarak \”Hörmətli Macron siz super bir başçısınız, böyük bir lidersiniz\”- ifadələrini istifadə etdi.
Macronun liberal iqtisadiyyata baxışını da tərifləyən Trump, xüsusilə ticarət və iqtisadiyyatın inkişafı üçün Fransız liderin bürokratik maneələri qaldırma cəhdlərinə böyük hörmət duyduğunu bildirərək bu mövzuda özünün və ölkəsinin eyni siyasətləri tətbiq çalışdığını dilə gətirdi.
Fransa və ABŞ arasındakı əlaqələrə toxunan Trump, \”Fransa və ABŞ, keçmişi çox uzağa gedən iki müttəfiq. Bu iki ölkə də əzəldən bəri azadlıq dəyərləri bir-birinə bağlı. İki ölkə arasında bağlar yıxılamayacaq qədər güclü. Bizim əlaqələrimiz mükəmməl\”-dedi.
İnterpress.az